Britaniyada karantin tətbiq edildi

Britaniyada karantin tətbiq edildi Britaniyanın Baş Naziri Boris Conson ölkədə üç həftə müddətinə karantin tətbiq edilməsi barədə göstəriş verib
Bunu hökumət başçısı Bi-bi-si telekanalında canlı yayımda elan edib.
"Mən Britaniya xalqına çox sadə göstəriş verirəm - siz evdə qalmalısınız. Bu, ev təsərrüfatları arasında xəstəliyin yayılmasını dayandırmaq üçün edilməsi lazım olan ən vacibidir. Buna görə də sakinlərə öz evlərini yalnız kifayət qədər zəruri səbəblərlə görə tərk etməyə icazə veriləcək", - Baş Nazir deyib.
O qeyd edib ki, Britaniya hakimiyyəti iki nəfərdən çox insanın toplanmasını və ilk tələbat malları satan dükanlar istisna olmaqla bütün digər ticarət obyektlərinin fəaliyyətinə karantin müddəti boyunca qadağa qoyur.

Tehsil-press.az

Oxşar xəbərlər