Teledərslər yeni formatda başlayır

Teledərslər yeni formatda başlayır İyunun 12-dən “Mədəniyyət” telekanalında teledərslərin yeni formatda yayımına başlanılır.
Teledərslər “İnteqrativ dərslər” formatında təqdim olunacaq. Şagirdlər dünyanın tam mənzərəsini anlamağa imkan yaradan inteqrativ dərsləri həftəiçi hər gün saat 09:30-dan 12:00-dək izləyə bilərlər.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar ümumtəhsil müəssisələrinin şagirdləri üçün martın 11-dən etibarən yayımlanan “Dərs vaxtı” proqramı bu gün yekunlaşıb. Bu proqram vasitəsilə ümumi təhsil müəssisələrində təhsil alan 1,6 milyon şagird tədrisə cəlb olunub. Tədris ilinin sonunadək təqdim edilən teledərslərin ümumi sayı 2124 təşkil edib.

Tehsil-press.az

Oxşar xəbərlər