Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları yumşaq buğda pitomniklərində monitorinq aparıblar

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları yumşaq buğda pitomniklərində monitorinq aparıblar AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bir qrup əməkdaşı - aparıcı elmi işçi Samirə Rüstəmova, elmi işçilər Turanə İsgəndərova və Lalə Aydınlı, kiçik elmi işçi Səbinə Omarova Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar.
Əməkdaşlar sort sınağı və perspektiv nümunələrdən ibarət nəzarət pitomniklərində və beynəlxalq seleksiya mərkəzləri olan CIMMYT və ICARDA-dan introduksiya edilmiş yumşaq buğda pitomniklərində monitorinqlər aparıblar. Həmçinin kollanma fazasında olan buğda cücərtilərinin fenoloji müqayisəsi aparılıb, həm çöl şəraitində, həm də laboratoriyada aparılacaq tədqiqat işləri müzakirə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər