
Görüşün təşkilinin əsas məqsədi radiasiya texnologiyalarının imkanlarından istifadə etməklə institutda aparılan elmi-tədqiqat işləri ilə tanışlıq, daxili potensialın öyrənilməsi və əməkdaşlıq imkanları barədə müzakirə aparmaq olub.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları da iştirak ediblər.
RPİ direktorunun elmi işlər üzrə müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva qonaqları institutun laboratoriyaları ilə tanış edib, elmi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Sonra X.Mahmud Pakistan Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutunun elmi-tədqiqat istiqamətləri, qurumda yerinə yetirilən layihələr barədə təqdimatla çıxış edib.
Tehsil-press.az