
Sərgidə dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı, həmçinin ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsindəki əvəzsiz xidmətlərindən bəhs edən kitablar var. Həmçinin sərgidə ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi və mədəni həyatındakı hadisələri əks etdirən 80 nüsxə kitab və digər nəşrlər yer alıb.
Kitab sərgiləri, həmçinin virtual şəkildə də Azİİ Elektron Kitab Evinin səhifəsində oxuculara təqdim olunub.
Tehsil-press.az