Sumqayıt Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə sərgi keçirilib

Sumqayıt Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə sərgi keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Sumqayıt Dövlət Rəsm Qalereyası və Abşeron rayonu Novxanı Sənətkarlıq klubunun birgə təşkilatçıllğı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə sərgi keçirilib.
Sumqayıt Dövlət Rəsm Qalereyasında baş tutan “Vətənin qüdrətli şəxsiyyəti” adlı sərgidə Novxanı Sənətkarlıq Klubunun müəlliməsi Dildar Hüseynovanın və şagirdlərinin müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq nümunələrindən ibarət 75 əsər nümayiş olunub.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Akif Yarışov, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Novxanı Sənətkarlıq Klubunun direktoru Səyyad Quliyeva və digərləri çıxış edərək bildiriblər ki, belə sərgilərin keçirilməsi artıq əmənəvi hal alıb. Bu sərgilərin keçirilməsində əsas məqsəd gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, regionlar arasındakı istedadlı uşaq və gənclərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir. Sonra qonaqlar gənc rəssamaları təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Daha sonra Novxanı Sənətkarlıq Klubunun “Xəzər ulduzları” rəqs qrupunun ifasında milli və dünya xalqlarının rəqsləri maraqla izlənilib, Kamil Ağayevin ifasında bəstəkar mahnıları dinlənilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə sərgi keçirilibSumqayıt Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə sərgi keçirilibSumqayıt Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə sərgi keçirilibSumqayıt Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə sərgi keçirilibSumqayıt Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə sərgi keçirilibSumqayıt Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə sərgi keçirilibSumqayıt Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə sərgi keçirilibSumqayıt Dövlət Rəsm Qalereyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə sərgi keçirilib

Oxşar xəbərlər