Piri Rəisin 500 illik dünya xəritəsi

Piri Rəisin 500 illik dünya xəritəsi Osmanlı kartoqrafı, coğrafiyaşünas və dənizçisi Piri Rəisin 1513-cü ildə hazırladığı dünya xəritəsi Türkiyədə yenidən nümayiş olunub.
Dünya xəritəsi İstanbulda Topqapı Sarayının III Əhməd Kitabxanasında sərgilənib.
Piri Rəis tərəfindən 508 il əvvəl çəkilən dünya xəritəsi kartoqrafiyanın ən önəmli əsərlərdən biri hesab olunur.
1924-cü ildə saraydakı kitabxanalar təmizlənərkən tapılan xəritə yeddi il sonra dövlət qeydiyyatına alınıb.
500 illik əsər istidən, işıqdan və nəmdən zərər görməməsi üçün müəyyən aralıqlarla nümayiş olunur.

Tehsil-press.az



Oxşar xəbərlər