Mərkəzi Elmi Kitabxanada Anton Çexovun 160 illik yubileyi ərəfəsində sərgi açılıb

Mərkəzi Elmi Kitabxanada Anton Çexovun 160 illik yubileyi ərəfəsində sərgi açılıb Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli rus yazıçısı, dramaturq Anton Çexovun 160 illik yubileyi münasibətilə sərgi açılıb.
Sərgidə yazıçının rus dilində çap olunmuş 146 əsəri və haqqında yazılmış 203 sənəd, Azərbaycan dilində isə 27 seçilmiş əsəri və yazıçı haqqında 29 sənəd nümayiş olunur.
Qeyd edək ki, A.Çexov ixtisasca həkim olsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb. O, 25 illik yaradıcılığı dövründə 500-dən çox əsər yazaraq yazıçı-dramaturq kimi klassik rus ədəbiyyatının ən yaxşı nümunələrini yaradıb.
Dahi rus yazıçısı Lev Tolstoy Anton Çexov haqqında deyib: “Əgər bütün rus ədəbiyyatı təsadüfən yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”.
A.Çexovun əsərləri MEK-də dünya ədəbiyyatı nümunələri sırasında yer almaqdadır.

Tehsil-press.az

Oxşar xəbərlər