
Proqram Təhsil Nazirliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Proqram çərçivəsində dekabrın 28-i saat 17:00-da “Şagirdlərin inkişafı üçün əlverişli mühitin xüsusiyyətləri və inkişafı” mövzusunda təlim keçiriləcək.
Qeyd edək ki, indiyədək “Öyrədici mühitin yaradılması”, “Sinfin idarə olunması”, “Məktəbdaxili qiymətləndirmənin aparılması”, “Fənn kurikulumlarının tədrisdə tətbiqi”, “Lider müəllim necə olmalıdır?”, “Məktəb fəaliyyətinin təbliği”, “Tədrisdə WEB 2.0 alətlərdən istifadə” mövzularda təlimlər keçirilib.
Tehsil-press.az