
UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektorun fikrincə, sovet dönəmində universitetlərdə müəllimlərin əsas fəaliyyəti tədqiqat aparmaq deyil, dərs demək idi. Dərs yükü bütün müəllimlər üçün eyni idi. Hər bir müəllim mərkəzləşdirilmiş qaydada müəyyən edilmiş dərs yükünü icra etməli idi. Bu zaman müəllimin fəaliyyət xüsusiyyətləri (məsələn, ciddi tədqiqat aparmaq və s.) nəzərə alınmaqla dərs yükü diferensiallaşdırılmırdı. Bu sistemin tətbiqi davam edir.
Tehsil-press.az