
Bəzi məktəblərdə valideynlərə bildirilib ki, övladlarının təhsilini davam etdirməsi üçün müvafiq ərizə təqdim olunmalıdır. Maraqlıdır, bu tələbin qanuni əsası varmı? Əgər varsa, hansı dəyişiklikdən sonra tətbiq edilib və səbəb nədir?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Oxu.az-a ümumi təhsil müəssisələrinin X sinfinə qəbulunun Azərbaycan Respublikası təhsil nazirinin 27 sentyabr 2013-cü il tarixli müvafiq əmri ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları" ilə tənzimləndiyi bildirilib.
"Şagirdlərin X sinfə qəbulu onların ümumi orta təhsil haqqında dövlət sənədini - attestatını aldıqları vaxtdan növbəti tədris ili başlayanadək həyata keçirilir. Ümumtəhsil məktəbinin X sinfinə qəbul valideynin ərizəsi və ümumi orta təhsil haqqında dövlət sənədi - attestat əsasında həyata keçirilir", - deyə qurumdan bildirilib.
Tehsil-press.az