UNEC-də magistrlərin elmi tədqiqatlar aparması istiqamətində yeniliklər tətbiq olunur

UNEC-də magistrlərin elmi tədqiqatlar aparması istiqamətində yeniliklər tətbiq olunur Bu tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin 4 magistrinin elmi məqaləsi dünyanın nüfuzlu “Web of Science” elmi platformasına daxil edilib.
Hazırda mərkəzdə magistrlərin elmi tədqiqatlar aparması istiqamətində yeniliklər tətbiq olunur. Mərkəzdə tədqiqat prosesinin effektiv idarə olunması və magistrlər üçün imkanların artırılması məqsədilə müxtəlif tədqiqat mərkəzləri yaradılıb. Universitet tərəfindən yaradılan imkanlarla magistrlər dünyanın nüfuzlu ali təhsil müəssisələrində tədqiqat aparmaq və həmin universitetlərin professor-müəllim heyətindən məsləhətçi elmi rəhbər seçmək imkanına malikdirlər. Magistrlərə tədqiqat prosesində universitetin professor və müəllim heyəti ilə yanaşı, doktorantura təhsilini Avropanın və dünyanın müxtəlif ölkələrində almış gənc alimlər elmi rəhbərlik edirlər.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər