Fizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Fizika İnstitutunun Elmi şurasının iclası keçirilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən institutun baş direktoru akademik Arif Həşimovun sədrliyi ilə keçən iclasda bir sıra elmi-təşkilati və kadr məsələləri müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Sonra Fizika İnstitutunun Kosmik şüa mənbələri fizikası laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun “Enerji çevrilmələrində aşağı enerjili neytrinolardan istifadə perspektivləri və onların detektə olunma imkanları” haqqında elmi məruzəsi dinlənilib. Bu istiqamətdə müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər