
Təşəbbüsün əsas məqsədi şagirdlərin mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına təkan vermək, cəmiyyətdə vüsət alan yardımlaşma ənənələrinin genişlənməsinə nail olmaq və xalqın sarsılmaz həmrəyliyini nümayiş etdirməkdən ibarətdir.
Məktəblilərin əl işlərindən ibarət sərgi-satış yarmarkası Novruz bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində təşkil olunub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki 15 ümumi təhsil müəssisəsində (234, 64, 179, 120, 321, 293, 301, 302, 274, 265, 97, 208, 117 nömrəli tam orta məktəblər, 166 və 213 nömrəli məktəb-liseylər) peşə təmayüllü siniflər fəaliyyət göstərir.
Tehsil-press.az