BDU-nun Qazax filialı Qarabağ Dirçəliş Fonduna 4 min, “YAŞAT” Fonduna 2 min manat ianə edib

BDU-nun Qazax filialı Qarabağ Dirçəliş Fonduna 4 min, “YAŞAT” Fonduna 2 min manat ianə edib Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında direktorluğun iclası keçirilib.
İclasda filialın direktoru Arif Rüstəmov məzunların Vətən müharibəsində qəhrəmanlıqla döyüşdüyünü, professor-müəllim heyətinin informasiya cəbhəsində fəal iştirak etdiyini vurğulayaraq, şəhid məzunların xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırıb.
Direktorluğun iclasında Qarabağ Dirçəliş Fonduna 4 min manat, “YAŞAT” Fonduna 2 min manat ianə edilməsi haqqında qərar qəbul olunub.

Tehsil-press.az



Oxşar xəbərlər