İrana gəlmək istəyənlər üçün yeni qaydalar müəyyən edilib

İrana gəlmək istəyənlər üçün yeni qaydalar müəyyən edilib İranın Koronavirusa qarşı milli mübarizə qərərgahı ali və orta məktəb müəlimlərinə peyvənd vurulmasının məcburi olması haqqında qərar verib.
Koronavirus pandemiyasının səngiməsi ilə əlaqədar İranda bütün ali və orta məktəblərin fəaliyyəti bərpa olunub. Lakin qərərgah infeksiyanın bir daha yayılmaması üçün şagirdlərin və müəllim heyətinin mütləq peyvəndlənməsi barədə qərar qəbul edib.
İranın Mülki Aviasiya Təşkilatı da ölkəyə gəlmək istəyənlər üçün yeni qaydalar müəyyən edib. Aprelin 7-dən İrana gəlmək istəyənlər mütləq 2 doza peyvənd vurdurması barədə sənəd və PCR testinin nəticəsini təqdim etməlidirlər. Əvvəlki qaydaya görə, 2 doza peyvənd vurduran İrana daxil ola bilərdi.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən isə son sutka ərzində ölkə ərazisində 3 min 800 yeni yoluxma və 41 ölüm faktı qeydə alınıb. Bununla da, İranda koronavirusa yoluxanların ümumi sayı 7 milyon 183 min 808 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 140 min 492-ə çatıb. Müxtəlif xəstəxanalarda müalicə alan xəstələrdən 1000 nəfərinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 6 milyon 904 min 733 nəfər COVID-19 xəstəsi müalicə alaraq sağalıb və evə buraxılıb.

Tehsil-press.az


Oxşar xəbərlər