İranda son sutkada koronavirusdan 41 nəfər ölüb

İranda son sutkada koronavirusdan 41 nəfər ölüb İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 131 680 nəfərə, yoluxanların sayı isə 6 196 913 nəfərə çatıb. Virus daşıyıcılarından 2 658 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 040 897 nəfər koronavirusdan sağalıb.
Ümumilikdə, İranda 120 milyondan artıq vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 8,1 milyon təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər