
Ziyarət zamanı akademik İradə Hüseynova Fiziologiya İnstitutunda peşə fəaliyyəti ilə əlaqədar görmə analizatorunun fiziologiyası və disfunksiyaları ilə bağlı tədqiqatların məhz Biologiya və Tibb Elmləri Bölməzinin üzvü olmuş akademik Zərifə Əliyevanın rəhbərliyi ilə başladıldığına diqqət çəkib və qeyd edib ki, onun təməlini qoyduğu elmi istiqamətlər hazırda da müvəffəqiyyətlə davam etdirilir.
Ziyarətçilər ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri düzüb, əziz xatirələrini dərin ehtiramla anıblar.
Tehsil-press.az