UNEC-in regionlarda tanıtımı davam edir

UNEC-in regionlarda tanıtımı davam edir Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) regionlarda tanıtmaq, bölgələrdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə səfərlər davam edir.
Növbəti səfər zamanı əməkdaşlar Gəncə şəhərinin, Daşkəsən, Tovuz, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarının orta məktəblərində, Sumqayıt şəhərinin 13, 14, 15, 16, 21 saylı məktəblərində, eləcə də Bakı şəhərinin 20, 60, 245 nömrəli məktəblərində olublar.
Görüşdə UNEC və onun fəaliyyəti barədə məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər