Sumqayıt məktəblisi “UNEC-də bir gün” layihəsində

Sumqayıt məktəblisi “UNEC-də bir gün” layihəsində “UNEC-də bir gün” layihəsi uğurla davam edir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) növbəti “birgünlük tələbə”si Sumqayıt şəhərindəki 19 nömrəli orta məktəbin sağirdi Şirin Şirəliyev olub.
Ş.Şirəliyevə şərti tələbə bileti təqdim edildikdən sonra ona fakültə və ixtisaslar barədə ətraflı məlumat verilib.
Azərbaycan dilində təhsil almaq istədiyini bildirən “birgünlük tələbə” maliyyə ixtisasına maraq göstərdiyini deyib. Maliyyə təhlili fənnini dinlədikdən sonra Sumqayıt məktəblisi gününü UNEC-in zəngin kitabxanasında keçirib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər