
Bu barədə qurumun çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası Taliban tərəfindən Əfqanıstanda insan hüquqlarının, qadın və qızların fundamental azadlıqlarının artan pozulması, o cümlədən təhsil, iş, hərəkət azadlığı, qadınların ictimai həyatda iştirakına məhdudiyyətlər qoyulmasından dərin narahatlığını ifadə edir.
"Təhlükəsizlik Şurası Talibanın bütün qadınların ictimai yerlərdə, o cümlədən televiziyada üzlərini örtməli və yalnız zəruri hallarda evi tərk etməli olduqları barədə bəyanatından dərin narahatdır", - məlumatda deyilir.
Tehsil-press.az