Taliban qadınlara hansı azadlıqlar verəcək?

Taliban qadınlara hansı azadlıqlar verəcək? Taliban ölkəyə kimin liderlik edəcəyi ilə bağlı açıqlama verib.
Talibanın sözçüsü Suhail Şahen bununla bağlı müzakirələrin getdiyini bildirib:
“Əfqanıstanda qadınların oxuması və işləməsi, eləcə də ölkəyə kimin liderlik edəcəyi ilə bağlı məsələ müzakirədədir. İki-üç gün içində bir nəticəyə gəlinəcəyi gözlənilir”.
Şahen 90-cı illərdə Talibanın qurucularından olan və Taliban siyasi ofisinin rəhbəri Molla Abdulqəni Biradərin Əfqanıstana getməyi planlaşdırdığını bildirib, amma bunun nə vaxt olacağını açıqlamayıb.
O əlavə edib ki, keçmiş hökumət işçilərinin həyatı təhlükəsizlikdədir:
“Malları xilas ediləcək, şərəfləri və həyatları təhlükəsizlikdədir”.
Şahenin sözlərinə görə, Əfqanıstanda qadınların universitet səviyyəsinə qədər təhsil alma və işləmə hüquqları olacaq:
“Talibanın nəzarəti ələ almasından sonra ölkədə minlərlə məktəb fəaliyyətini davam etdirir. Qadınların baş örtüyü taxması istəniləcək, ancaq çarşab geyinmələri tələb olunmayacaq. Bunlar bizim qaydalarımız deyil, islami qaydalardır. Bu, onların təhlükəsizliyi üçündür”.

Tehsil-press.az


Oxşar xəbərlər