
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Zirvə toplantısının iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub və sammitin işinə uğurlar arzulayıb.
Zirvə toplantısında “COVID-19 və Ukrayna-Rusiya savaşı sonrası dünya düzəni” və digər mövzularla bağlı çıxışlar dinlənilib.
Sonda iştirakçıların şərəfinə İstanbul Böyük Şəhər Bələdiyyəsi Xalq musiqisi qrupunun iştirakı ilə ziyafət təşkil edilib.
Tehsil-press.az