Yunanıstanda Azərbaycan diasporu nərd yarışı təşkil edib

Yunanıstanda Azərbaycan diasporu nərd yarışı təşkil edib Yunanıstanın Saloniki şəhərində Azərbaycan diasporu nərd yarışı keçirib.
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin qərargahında mütəmadi olaraq soydaşlarımızın və qonaqların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə müxtəlif yarışlar təşkil olunur. Həmvətənlərimizin və diaspor üzvlərinin ən çox sevdiyi və qatıldığı oyunlardan biri də Azərbaycana məxsus milli nərd oyunudur.
“QALA” Cəmiyyətinin ofisində təşkil olunan yarışda azərbaycanlı soydaşlarımızla yanaşı, yunan, gürcü və türk millətlərinin nümayəndələri də iştirak ediblər. Ümumilikdə 25 nəfərin qatıldığı yarışın birinciliyini həmyerlimiz Yaqub Məmmədov qazanıb. Qalibə nərd oyun qutusu və digər hədiyyələr təqdim olunub.
İştirakçılar üçün ənənəvi Azərbaycan çay süfrəsi təşkil edilib, nərd oyunun Azərbaycanda tarixi barədə məlumat verilib.

Tehsil-press.az


Oxşar xəbərlər