Uşaqlara işgəncə verənlər ev dustaqlığına buraxıldı

Uşaqlara işgəncə verənlər ev dustaqlığına buraxıldı Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verən şəxslərlə bağlı istintaq orqanlarının vəsatəti məhkəməyə təqdim olunub. 
Direktor Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbiri və vəzifədən kənarlaşdırma tələb edilib. 
Məhkəmə bu gün axşam növbətçi hakim tərəfindən və ya sabah keçiriləcək.
Qeyd edək ki, 2 gün öncə “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsinə dair görüntülər yayılmışdı. Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərən mərkəzdə videoda uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.
***
"Mehnur" loqopedik mərkəzinin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində istintaq orqanı tərəfindən verilən təqdimat təmin olunub. Onların hər üçü barəsində vəzifədən kənarlaşdırma və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər