bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ötən il bp və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmir olunan BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, məkan kitabxana-muzey-tədris laboratoriyası kimi fəaliyyət göstərir. 1997-ci ildən akademik Musa Əliyev adına kabinetin fəaliyyət göstərdiyi Muzeydə əsaslı təmir zamanı akademikin şəxsi kitabxanası rəqəmsallaşdırılaraq müəllim və tələbələrin ixtiyarına verilib.Qonaq bp-nin dəstəyi ilə muzeydə yaradılan rəqəmsal tədris şəraitini yüksək qiymətləndirib.
Qeyd edək ki, 1944-cü ildə yaradılan Muzey ötən il bp və şirkətin Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının (“SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies”) dəstəyi ilə əsaslı təmir olunub.
Tehsil-press.az


.jpg)



