
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak ediblər.
NATO-nun baş katibi görüş zamanı qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən son dərəcə narahatdır. Stoltenberq regional problemlərin sülh və danışıqlar yolu ilə həllinin zəruriliyini qeyd edib.
Tehsil-press.az