
Bu barədə NATO baş katibi Yens Stoltenberq “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.
“Müttəfiqlər son aylarda Moskva ilə Minsk arasında daha sıx əməkdaşlıqdan ciddi narahatdırlar”, - Stoltenberq deyib. Onun fikrinə görə, Belarus getdikcə Rusiyadan daha çox asılı vəziyyətə düşür.
“NATO müdafiə alyansıdır. Mən çox spekulyasiya etmək istəmirəm, amma biz ayıq-sayığıq və Belarusda baş verənləri çox diqqətlə izləyirik”, - deyə NATO-nun baş katibi qeyd edib.
“Əlbəttə ki, alyansın hər bir üzvünü ciddi halda qorumağa, Minsk və Moskvadan gələn hər cür təhdiddən müdafiə etməyə hazırıq”, - Stoltenberq əlavə edib.
Stoltenberq bildirib ki, Belarusdakı hadisələr NATO-nun Brüsseldə keçiriləcək sammitində müzakirə ediləcək. Onun sözlərinə görə, Belarusla mövcud tərəfdaşlıq razılaşmasına yenidən baxılacaq.
Tehsil-press.az