
Bu barədə Ermənistanın "Jamanak" qəzeti yazıb.
"Ermənistan baş nazirinin NATO sammitində iştirakı ölkəmiz üçün çox vacibdir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, rəsmi Yerevan NATO-nu tərəfdaş təşkilat və ölkənin təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq kimi görür", - Ermənistan hökumətindəki mənbə bildirib.
Qeyd edək ki, daha əvvəl N.Paşinyan rəhbərlik etdiyi hökumətin ölkənin xarici siyasət kurusunu dəyişmək niyyətində olmadığını və bütün beynəlxalq müqavilələrə sadiq olduğunu deyib.
Tehsil-press.az