BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim proqramı yekunlaşıb

BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim proqramı yekunlaşıb Bakı Dövlət Universiteti və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində “ARB 24 NewsLab” təlim proqramı yekunlaşıb. Təlimə cəlb olunan 10 tələbədən 4-ü telekanalda işlə təmin edilib.
Telekanalın direktoru Radik İsmayılov bildirib ki, 2023-cü ilin fevralında layihənin yenidən keçirilməsi planlaşdırılır. Proqram ənənəvi şəkildə hər il davam etdiriləcək.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrə göstərdiyi dəstəyə görə “ARB 24” telekanalına təşəkkürünü bildirib və əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb. Universitetin nəzdində televiziyanın kiçik studiyasının yaradılmasının nəzərdə tutulduğu qeyd edilib.
Sonra layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunub və onlara çalışacaqları verilişlər barədə məlumat verilib. Bildirilib ki, seçilən 4 tələb ilə oktyabrın 1-dən əmək müqaviləsi imzalanacaq və onlar rəsmi şəkildə işə götürüləcək.
Təlim proqramı 3 ay davam edib. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunublar. BDU və “ARB 24”ün birgə layihəsi xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edib.

Tehsil-press.az



Oxşar xəbərlər