Bakı Dövlət Universitetində qazaxıstanlı tələbələr üçün təşkil edilən təcrübə proqramı yekunlaşıb
Qazaxıstanın L.Qumilyov adına Avrasiya Milli Universiteti (AMU) ilə Bakı Dövlət Universiteti (BDU) arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma əsasən, AMU-nun 16 magistrantı BDU-da təcrübə keçib.
Təcrübə proqramı qazaxıstanlı tələbələrin ixtisaslarına uyğun olaraq hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrində təşkil edilib.
Proqram uğurla başa çatıb və tələbələrə sertifikatlar, BDU-nun xatirə hədiyyələri təqdim olunub.
BDU-nun Mətbuat Xidməti
- Baxış: 6378
Xəbərin tarixi: 12.12.2016 / 08:12
-
Oxşar xəbərlər