UNEC-də UDİD və Minor əlavə təhsil proqramları uğurla həyata keçirilir

UNEC-də UDİD və Minor əlavə təhsil proqramları uğurla həyata keçirilir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iki ildir ki, tətbiq olunan UDİD və Minor əlavə təhsil proqramları uğurla həyata keçirilir.
Həmin proqramlar sayəsində tələbələr əsas ixtisasları ilə yanaşı, seçdikləri ikinci ixtisasın bilik və bacarıqlarına yiyələnmək şansı əldə edirlər.
Yalnız UNEC tələbələrinin qoşula bildiyi UDİD proqramı sayəsində təhsil alanlar qəbul olduqları ixtisasla yanaşı, seçdikləri digər ixtisas üzrə də diplom əldə edirlər.
Minor proqramına isə istənilən ali təhsil müəssisəsinin tələbəsi qoşula bilər.
2021/2022-ci tədris ilində UDİD proqramı üzrə 8 tələbə, Minor proqramı üzrə isə 4 tələbə təhsilə cəlb olunub. 2022/2023-cü tədris ilində isə UDİD proqramına 11, Minor proqramına 7 tələbə qoşulub.
Tələbələrin maraq göstərdiyi əsas ixtisaslar maliyyə, beynəlxalq ticarət və logistika, menecment, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, dizayn və s. iqtisadi və texniki ixtisaslarıdır.

Tehsil-press.az


Oxşar xəbərlər