Tələbələr FAB-da istehsalat prosesi ilə tanış olublar

Tələbələr FAB-da istehsalat prosesi ilə tanış olublar Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri "FAB Boya və Kimya Sənayesi” MMC şirkətində olublar. BANM-in "Neftçi Mühəndislər Cəmiyyəti"nin təşkilatçılığı ilə təşkil edilən ekskursiyada tələbələr "FAB Boya və Kimya Sənayesi” MMC-nin istehsalat sahələri və laboratoriyaları ilə tanış olublar.
Tələbələr məhsulların hazırlanma prosesini, “FAB Akademiyası” laboratoriyalarında həyata keçirilən sınaq və təcrübələri izləyiblər. Ekskursiyanın sonunda tələbələrə FAB tərəfindən rəmzi hədiyyələr təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər