ADNSU-nun tələbələri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar

ADNSU-nun tələbələri Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “SABAH” qruplarının proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alan tələbələri Sumqayıt Kimya Sənaye Parkının Tədris mərkəzində olublar.
Görüşdə mərkəzin əməkdaşları Kimya Sənaye Parkında olan müəssisələr və onların fəaliyyəti haqqında geniş təqdimatla çıxış ediblər. Sonra tələbələr sənaye parkında cihazların kalibrləmə proseduru ilə tanış olublar.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər