Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir

Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.
Test imtahanının nəticələrinə əsasən, 96 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün dəvət edilib. Müsahibə zamanı namizədlərin vəzifə üzrə praktik bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.

Tehsil-press.az


Oxşar xəbərlər