Bakıda müəllimlərin yerdəyişməsi üzrə müsabiqə yekunlaşır

Bakıda müəllimlərin yerdəyişməsi üzrə müsabiqə yekunlaşır Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə keçirilən 3 mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə yekunlaşmaq üzrədir.

İdarədən Tehsil-press.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən 393 müəllim 03.05.2016 - 10.05.2016-cı il tarixlərdə miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçiblər və 12.05.2016-cı il tarixədək müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediblər.
Müsabiqənin birinci - elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıblar.
Müsabiqənin mayın 14-də keçirilən ikinci - test imtahanı mərhələsində 288 nəfər iştirak edib. Test imtahanının nəticələrinə əsasən 176 nəfər Müsabiqənin növbəti - müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Müsabiqənin üçüncü - müsahibə mərhələsi sabah Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə təşkil ediləcəkdir.


Tehsil-press.az

Oxşar xəbərlər