Macarıstanda təhsil üçün son 5 gün

Macarıstanda təhsil üçün son 5 gün Yanvarın 15-də Macarıstan tərəfindən 2023-2024-cü tədris ili üçün elan edilən təqaüd proqramına sənəd qəbulu yekunlaşacaq.
Sənəd qəbulu qeyd edilən tarixdə saat 23:59-a kimi aparılacaq.
Namizədlər həmin tarixədək hər iki ölkənin elektron ərizəsini doldurub təsdiq etməlidirlər.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2023-cü ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
Maraqlananlar təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər