Macarıstanda ali təhsil almaq imkanı

Macarıstanda ali təhsil almaq imkanı Macarıstan 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir.
Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2017-ci il 7 dekabr tarixində imzalanmış “2018-2020-ci illər üzrə iş proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.
Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.
Təqaüd proqramına sənəd qəbulu 2020-ci il yanvarın 3-dək saat 23:59-dək aparılacaq.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2020-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər