Polis Akademiyası kursant qəbulu elan etdi - Video

Polis Akademiyası kursant qəbulu elan etdi - Video DİN-in Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üçün 300 kursantın qəbulu üçün müsabiqə elan edilib.
Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, cari ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, fəaliyyət qabiliyyəti olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, yaxın qohumları ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşlar müsabiqəyə buraxılmır.
Sənədlərin qəbulu yanvarın 23-dən martın 4-dək bazar günləri istisna olmaqla hər gün saat 10-dan 17-dək namizədin oxuduğu təhsil müəssisəsinin yerləşdiyi ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək.



Tehsil-press.az

Oxşar xəbərlər