UNEC-də daha bir yenilik

UNEC-də daha bir yenilik Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) daha bir yenilik Assistentlik institutunun yaradılmasıdır.
Kafedralarda fəaliyyət göstərən laborantları artıq assistent və icraçı assistentlər əvəz edəcək. İcraçı assistentlər gələcək müəllim bazasının formalaşmasında mühüm rol oynayacaq.
Bundan əlavə, UNEC-də Ömürboyu təhsil mərkəzi fəaliyyətə başlayıb. Kommersiyayönümlü fakültə olan mərkəzdə müxtəlif ixtisaslar və peşə təhsilləri üzrə kurslar, təlimlər və mütəxəssis hazırlığı aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər