UNEC-də distant təlimlər davam edir

UNEC-də distant təlimlər davam edir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusunda təlimlər davam edir.
Təlimlər ABŞ-ın Şimali Dakota, Kanzas, Corc Vaşinqton, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər, eləcə də Türkiyənin distant təhsil sahəsində ən geniş təcrübəsi olan Anadolu Universitetinin professorları tərəfindən keçirilir. Təlimçilərin təqdimatları iştirakçıların e-mail ünvanlarına dörd dildə (Azərbaycan, rus, ingilis, türk) göndərilir.
Təlimlər ödənişsizdir və UNEC ilə yanaşı, digər ali təhsil müəssisələrinin müəllimləri də qeydiyyatdan keçərək iştirak edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər