Ukrayna prezidenti Vladimir Zelenskinin cümə axşamı Brüsselə səfər edəcəyi gözlənilir

Ukrayna prezidenti Vladimir Zelenskinin cümə axşamı Brüsselə səfər edəcəyi gözlənilir Ukrayna prezidenti Vladimir Zelenskinin Avropa İttifaqının sammitində iştirakı gözlənilir
Avropa İttifaqının yüksək səviyyəli rəsmilərindən biri Euronews-a açıqlamasına görə, təhlükəsizliklə bağlı narahatlıqlar hələ də Vladimir Zelenskinin səfərinə mane ola bilər. Onun Belçika paytaxtına səfəri böyük ehtimalla Avropa Parlamentinin növbədənkənar plenar iclasında çıxışı ilə başlayacaq.
Ukrayna prezidenti daha sonra miqrasiya, blokun ABŞ-ın "İnflyasiyanın Azaldılması Aktına" reaksiyası və Rusiyaya qarşı sanksiyaların onuncu raundu da daxil olmaqla Ukraynaya dəstəyi müzakirə etmək üçün xüsusi sammit keçirən Aİ liderlərinə qoşulacaq. Zelenski işğal başlayandan sonra bir neçə dəfə qiyabi olaraq belə görüşlərdə iştirak edib
İlk dəfə "La Stampa" və "Financial Times" tərəfindən bildirilən mümkün səfər, Zelenskinin ötən il fevralın 24-dən bəri Ukraynadan kənara ikinci rəsmi səfəri olacaq. Dekabrın sonunda o, Konqresdə çıxış etmək və ABŞ prezidenti Co Baydenlə danışıqlar aparmaq üçün Vaşinqtona səfər edib.
Bir həftə əvvəl Avropa komissarları Ukrayna hökuməti ilə görüşlər üçün Kiyevə getdilər, ardınca cümə günü Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Çarlz Mişelin iştirakı ilə Aİ-Ukrayna sammiti keçirildi. Sonra qonaqlar “Prezident Zelenskinin Brüsselə səfəri üçün dəvət oldunduğunu” deyiblər, Ukrayna lideri buna belə cavab verib: “Mən həqiqətən getmək istəyirəm, lakin bu, çox risklidir, çünki Rusiya qisas almağa çalışır”.
İndiyədək Avropa İttifaqı Ukraynaya 60 milyard avroya yaxın yardım, o cümlədən 12 milyard hərbi dəstək, 38 milyard humanitar və makromaliyyə yardımı, 10 milyard avro isə Avropa İttifaqına üzv ölkələrdə ukraynalı qaçqınlara dəstək verib.

Tehsil-press.az

Oxşar xəbərlər