
Bu barədə Ukraynanın Birləşmiş Krallıqdakı səfiri Vadim Pristayko deyib. Onun sözlərinə görə, əvvəlcə yaxın vaxtlarda yüksək nümayəndə heyətinin gəlişi, ay sonunda isə Zelenskinin səfəri olacaq. O bildirib ki, tərəflər bir il əvvəl Zelenskinin Londona səfəri zamanı Ukrayna və Böyük Britaniyanın əldə etdiyi razılaşmaları qiymətləndirəcəklər.
Xatırladaq ki, Zelenskinin Britaniyaya səfəri bundan əvvəl 2020-ci ilin oktyabrında olub.
Tehsil-press.az