Ağciyər xərçəngindən qorunmaq üçün siqaretdən uzaq durmaq çox vacibdir

Ağciyər xərçəngindən qorunmaq üçün siqaretdən uzaq durmaq çox vacibdir Xərçəngin müalicəsi ilə bağlı araşdırmalar 21-ci əsrdə ən çox vurğulanan məsələlərdəndir. Bu çətin yolda çox mühüm inkişaflar da var. Tibbi Onkologiya Mütəxəssisi Prof. Dr. Bala Başak Övenin araşdırmalarına görə, son 30 ildə xərçəngə bağlı ölümlərin yüzdə 30 azaldığını bildirilib. O, bu nəticəni yeni müalicə üsullarının effektivliiyi, eləcə də skrininq üsullarının inkişafı ilə əlaqələndirib. 2022-ci ildə ABŞ-da 1,9 milyon yeni xərçəng hadisəsi və 600 mindən çox xərçəngə bağlı ölüm hadisəsinin qeydə alındığını bildirən Prof. Dr. Öven, bununla belə, son 30 ildə xərçəngə bağlı ölümlərdə azalma olduğuna diqqət çəkib. Prof. Dr. Öven, "Bütün dünyada ən əhəmiyyətli sağlamlıq problemlərindən biri olan xərçəngdə bu əhəmiyyətli irəliləyişin, skrininq üsulları ilə erkən diaqnoz qoyulması və yeni müalicələrlə xəstələrin ömrünün uzaması ilə əlaqədar olduğunu söyləyə bilərik. Ağciyər xərçəngi kimi çox ölümcül kursu olan bir xərçəngdə belə."
Prof. Dr. Öven xərçəng müalicəsində qənaətbəxş nəticə əldə etməyə kömək edən müalicələr haqqında mühüm məlumatlar verdib. Son illərdə maye biopsiya üsulu ilə sadə qan testində xərçəng DNT-sini təsbit etməklə xərçəngə erkən mərhələdə diaqnoz qoymağın mümkün olduğunu bildirən prof. Dr. Öven, "Bu dövran edən xərçəng hüceyrəsindəki genetik qüsurun aşkar edilməsi və birbaşa hədəflənmiş müalicələrin verilməsi, bir çox xərçəng növlərində, xüsusilə ağciyər xərçəngində sağ qalma müddətini uzadıb" deyə bildirib.
Bu inkişaflara baxmayaraq, ağciyər xərçənginin hələ də bütün dünyada gündə 350-dən çox insanın ölümünə səbəb olmaqla xərçəngə bağlı ölümlərin əsas səbəbi olduğunu vurğulayır. Dr. Öven, "Siqaret ağciyər xərçənginin ən əhəmiyyətli səbəbidir. Ona görə də əhəmiyyətli nöqtə xəstəliyin inkişafının qarşısını almaqdır, bu səbəbdən bütün araşdırmalara baxmayaraq getdikcə daha çox istifadə edilən siqaretdən uzaq durmaq çox vacibdir" deyə fikirlərinə əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər