UNEC-də seminar: Xərçəngə tutulmaq heç də son deyil

UNEC-də seminar: Xərçəngə tutulmaq heç də son deyil İnsanlar bir çox halda məhz məlumatsızlıqdan xərçəng xəstəliyinə tutulurlar. Bu xəstəliyə düçar olan insanlarda gələcəyə ümidsizlik yaranır, depressiyaya düşürlər. Halbuki xərçəngə tutulmaq heç də son deyil. Hazırda xərçəng xəstəliyinin müxtəlif üsullarla müalicəsi həyata keçirilir.
Bu fikri UNEC-in iqtisadiyyat fakültəsində keçirilən seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olan “Xərçəng ölüm deyil!” layihəsinin rəhbəri Zərxanım Ağayeva bildirib.
Fakültənin dekanı, dosent Asiman Quliyev layihənin əhəmiyyətindən danışıb, gənc nəslin xərçəng xəstəliyinin profilaktikası və müalicəsi ilə bağlı məlumatlandırılmasının vacibliyini vurğulayıb.
Azərbaycan Tibb Universitetinin onkologiya şöbəsinin həkimi Nərmin Əhmədli xərçəng xəstəliyinin yaranma səbəbləri, xərçəng riskini artıran qidalar və zərərli vərdişlər barədə geniş məlumat verib, tələbələrin suallarını cavablandırıb. N.Əhmədli vaxtında aşkarlandıqda xərçəng xəstəliyinin tam və daha asan müalicə olunduğunu söyləyib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər