Hamı üçün əlçatan bu məhsul AĞCİYƏR XƏRÇƏNGİNİN DƏRMANIDIR: Alimlərdən İNANILMAZ ARAŞDIRMA

Hamı üçün əlçatan bu məhsul AĞCİYƏR XƏRÇƏNGİNİN DƏRMANIDIR: Alimlərdən İNANILMAZ ARAŞDIRMA Çili bibərinin tərkibində olan kapsaitsin maddəsi ağciyər xərçənginin inkişafını ləngidə bilər.
Bu haqda ABŞ-ın Marşall Tibb Universitetindən olan tədqiqatçılar bildiriblər.
Alimlər tədqiqatın nəticələrini Orlandoda keçirilən “Experimental Biology 2019” konfransı çərçivəsində açıqlayıblar. Mütəxəssislər aydınlaşdırıblar ki, bibərə acılıq verən aktiv komponent – kapsaitsin ağciyər xərçənginin inkşafının qarşısını ala və metastazların yaranmasına mane ola bilir.
Xərçəng daşıyıcıları olan siçanlar üzərində aparılan təcrübələr zamanı orta çıxan nəticələrə görə, kapsaitsin maddəsi xərçəngə yoluxmuş hüceyrələrdə metastaz prosesinin birinci mərhələdə inkişafını dondurub. Bu maddə insanda ağciyər xərçəngində də eyni effekti göstərib.
Alimlər hazırda bu maddənin zərər vermədən orqanizmə yeridilməsi yollarını araşdırırlar.
Mütəxəssislər bildirirlər ki, bu maddədən xərçəng xəstəliyinin müxtəlif növlərinin müalicəsində istifadə etmək mümkün olacaq.
Daha əvvəl bildirilirdi ki, kapsaitsin xərçəngin bir neçə növünün inkişafını ləngidir. Bundan başqa, kəskin ədviyyatın istifadəsi, əsasən ürək və insult xəstəliklərinə görə, ümumi ölüm göstəricilərini 13 faiz azaldır.
Ancaq xatırlatmaq lazımdır ki, bu məhsulun istifadəsi mədə xəstəlikləri olduğu halda zərərlidir.

Tehsil-press.az

Oxşar xəbərlər