Yapon uzunömürlülüyünün 5 sirri və "ikiqay" fəlsəfəsinin prinsipləri: Nədən başlamalı..?

Yapon uzunömürlülüyünün 5 sirri və "Beynimizin psixoemosional yüklənməsindən yan keçə bilsək, ömrümüz uzanacaq..."
"İnsan müxtəlif buxovlardan azad olmalı, həyata baxışları ilə məsum körpəyə bənzəməlidir..."
"İnsan yalnız indiki zamanda yaşamalıdır, keçmişin təcrübəsindən yararlanmalı və gələcəyin bazasını yaratmalıdır..."

Yaponiya uzunömürlülər diyarıdır. Yaponlar həm orta yaşam müddətinə, həm də yaşı 110-dan çox olan millətin nümayəndələrinin sayına görə dünyada liderdir. Ona görə də dünya daima daha çox yaşamağın hansısa sehrli sirrini axtarmağa cəhd edir.
Belə sirrlərdən biri də "ikiqay" adlanan yaponsayağı xoşbəxtlik fəlsəfəsidir.
Kiçik addımlardan başlamalı
Burada kiçik addımlar prinsipindən danışılır, deyilir ki, böyük məqsədə tədricən addımlamaq gərəkdir ki, əsəb sistemi həddən artıq yüklənməsin, çünki beyin qlobal proseslərdən çəkinir.
Psixoemosional tükənmədən yan keçsək, təbii ki, ömür uzun olacaq. Bundan başqa, niyyət etdiyimiz şeyləri icra edəndən sonra xoş emosiyalar parlaq şəkildə ifadə edilir, bəlli olduğu kimi, müsbət emosiyalar ömrü uzadır.
Özünü azad etməli
Burada söhbət ictimai qınaqlardan, damğalardan, stereotiplərdən, güzəştlərdən azad olmaqdan, öz həyat prinsiplərinə uyğun yaşamaqdan gedir. Bundan başqa, müxtəlif əzablardan, komplekslərdən, zəhərli ətrafdan, zəhlətökən tərəf-müqabildən, nifrət doğuran işdən azad olmağa dəyər.
Bəli, bu, çətindir, amma psixoloji sağlamlıq həmişə vacibdir. Bütün bu buxovlardan azad olan insan kimi мəsum körpəni nümunə gətirmək olar.
Harmoniya və dayanıqlıq əldə etməli
Hər bir insan üçün həyatda tarazlıq, sabitlik lazımdır, amma qeyri-müəyyənlik qorxu yaradır. Hansı sahənin digərindən geri qalmasını anlamaq üçün balans təkərini yaratmaq və nəyin mane olduğunu anlayandan sonra bu sahəyə xüsusi diqqət yetirmək lazımdır.
Həyatı özünüz üçün həm fiziki, həm də psixoloji cəhətdən rahat yaşamağa çalışmaq lazımdır.
Xırda şeylərə sevinməli
Sizi əhatə edən nə varsa, hamısında sevinc tapmaq lazımdır: Günəş altında parlayan qar, gözəl buludlar, yaxınların təbəssümü, icra edilən vəzifə və s. Həyat xırdalıqlardan ibarətdir və bunu mütləq görmək və hiss etmək gərəkdir ki, qəlbiniz işıq və hərarətə qərq olsun. Və həmişə yadda saxlamaq lazımdır ki, xoş emosiyalar psixi vəziyyət üçün çox faydalıdır.
Burada və indi olmalı
İnsan yalnız indiki zamanda yaşayır, keçmişin təcrübəsindən yararlanıb gələcəyin bazasını yaratmaq olar. Bu üç zamanı bir sxemdə birləşdirsək, şəxsiyyət həyatın bütün sahələrində özünü gerçəkləşdirə bilər, bu da harmoniyaya və psixoemosional dayanıqlığa gətirib çıxarar.
İkiqaya necə nail olmalı?
İkiqayın prinsipləri ilk baxışdan sadə və adi görünür. Bunlara gündəlik riayət edin və anlayacaqaınız ki, bu qaydalarla yaşamağı öyrənmək mürəkkəb məsələdir və buna bütöv bir həyat kifayət etməyə bilər.
İkiqay yeni təfəkkür tərzi deməkdir. Yeni təfəkkür proqramlarının tətbiq edilməsi, yeni aksentlərin yerbəyer edilməsi həm psixi, həm də fiziki sağlamlığa müsbət təsir edir. Hər şey emosional intellektin idarə edilməsindədir. İnsan o cümlədən daxilində-öz fikirlərində, emosiyalarında və hisslərində qayda-qanun yaradılması hesabına öz həyatının keyfiyyətini yüksəltməyə başlayır.

Tehsil-press.az



Oxşar xəbərlər