ADU-da Özbək dili və mədəniyyəti mərkəzinin açılması barədə razılıq əldə olunub

ADU-da Özbək dili və mədəniyyəti mərkəzinin açılması barədə razılıq əldə olunub Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanovla görüşüb.
Görüşdə akademik Kamal Abdulla Azərbaycanda Özbəkistan mədəniyyətinə, onun tarixinə, ədəbiyyatına olan maraqdan danışıb. Qeyd olunub ki, ADU-da özbək dili və ədəbiyyatı ilə bağlı bir neçə dəfə yüksək səviyyəli tədbirlər və elmi seminarlar təşkil edilib.
Görüşdə iki ali təhsil ocağının əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Eldar Şermanov özbək xalqına və mədəniyyətinə olan yüksək münasibətinə görə akademik Kamal Abdullaya təşəkkürünü bildirib. O, əməkdaşlıqla bağlı təklifləri yüksək dəyərləndirib.
Görüşdə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan dili və mədəniyyət mərkəzinin, Azərbaycan Dillər Universitetində isə Özbək dili və mədəniyyəti mərkəzinin açılması barədə razılıq əldə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər