Özbəkistanlı alimlər ADU ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər

Özbəkistanlı alimlər ADU ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər Özbəkistan Respublikası Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin əməkdaşları dosent İnomjon Azimov, Muyassar Saparniyazova və Nazirlər Kabineti yanında Özbək Dili Araşdırma Mərkəzinin icraçı direktoru dosent Azizcan Eminov Azərbaycan Dillər Universitetində (ADU) olublar.
Özbəkistanlı alimlər rektor Kamal Abdulla ilə görüşdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Sonra Türkiyə Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Özbəkistanda dil siyasəti: əlifba və imla məsələləri” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov Azərbaycanda aparılan dil siyasətindən və əlifba islahatlarından danışıb. Azərbaycanda aparılan uğurlu dil siyasəti təcrübəsinin qardaş Özbəkistanda öyrənilməsi və gələcəkdə tətbiq edilməsinin faydalı olacağı seminar iştirakçılarının nəzərinə çatdırıb.
Qonaqlar Özbəkistanda aparılan dil siyasətində, əlifba islahatında Azərbaycan təcrübəsinin öyrənilməsinə üstünlük verildiyini vurğulayıblar.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər