Avstraliyada nəhəng hörümçək növü aşkar edilib

Avstraliyada nəhəng hörümçək növü aşkar edilib Avstraliyalı alimlər Kvinslend ştatında yeni və nəhəng hörümçək növü aşkar ediblər.
“Yeni hörümçək növünün elmi adı “Europlos dignitas”dır. “Europlos” hörümçəklər qrupunu bildirir, “dignitas” isə böyüklük mənasını verən latın epitetidir”, - deyə alimlərdən biri olan Maykl Riks bildirib.
O, bu adın yeni növə böyük ölçüsünə görə verildiyini və növün nəsli kəsilməkdə olduğunu qeyd edib.
Alimin sözlərinə görə, yeni növ hörümçəklər insanlar üçün ciddi təhlükə yaratmır.

Tehsil-press.az

Oxşar xəbərlər